Raqub Məmmədov həmyerlisi və həmsoyadı olan İsmayıl Məmmədova necə kələk gəldi? | SON XƏBƏR | SON XƏBƏR

Raqub Məmmədov həmyerlisi və həmsoyadı olan İsmayıl Məmmədova necə kələk gəldi?

Raqub_pesiQuzanlıya yaxın qaçqın qəsəbələrin birində İsmayıl Məmmədov adlı bir şəxs yaşayır, özünün dediyinə görə Qarabağ müharibəsi veteranıdır. Adam İmamqulubəyli qəsəbəsinə icra nümayəndəsi təyin olunmaq istəyi ilə Raqub Məmmədova 5 000 manat pul ötürür və başına gələn əndərbadi oyunlarda bundan sonra başlayır. İcra başçısı kimi yüksək dövlət məqamında təsadüfi əyləşən iriçaplı dələduzun, yəni Raqub Məmmədovun onun başına açdığı oyunlardan bezən İsmayıl Məmmədov cana doyaraq adamı İcra Hakimiyyəti binasının qarşısında yaxalamaq məcburiyyətində qalır. Söz ustası adam, yəni Raqub Məmmədov utanıb-çəkinmədən camaatın içində ona sənöl də vurub, sağ əli olan ümumi şöbənin müdiri Ramiz Qədirova da onun yanında lazım olan sənədləri hazırlamağı tapşıranda, əlləm-qəlləm işlərdə onnan geridə qalmayan sağ əlinə gizlincə ustalıqla göz vurmağı da unutmur. İsmayıl Məmmədova dəfələrlə icra başçısının adından zəng vuraraq xidməti kabinetlərində görüşənlər, Ramiz Qədirovla başçı köməkçisi Eldəniz bəy sonuncunu işə düələcəyi vədi ilə o qədər aldadıb get-gələ salırlar ki, o əsəblərinə zorla hakim olur. Bütün bu dediklərimiz, yazdıqlarımız Raqub Məmmədovun icra başçısı olarkən bir qrup Ağdam sakininə müxtəlif iş vədləri verərək dələduzluqla pullarına əl qoyub mənimsəməsi və sonda isə şəxsimi həbs etdirməsi ilə nəticələnən cinayət işindən, məhkəmə baxışlarından bəzi qeydlərdir. İndi əli çıraqlı Raqub Məmmədovu axtaran İsmayıl Məmmədov adamı yaxalayacağı məqamda soruşacağı birinci sözü onu yandırıb cırdağını çıxardan sənöl məsələsi olacağıda şəksiz-şübəsizdir. Adamın İsmayıl Məmmədova bu dəfə ki, cavabı yəqinki tezliklə başlanacaq səsli-küylü məhkəməsində ortaya çıxacaq. Bütün Ağdamlıların intizarla gözlədiyi həmin günlərdə ortaya çıxacaq həqiqətləri dərc edəcəyik.

Teylor Fətişoğlu

Qeyd: Raqub Məmmədovla bağlı qandonduran, ürəkləri dağlayan həqiqətləri də dərc edəcəyik, nələr, nələr.

Sonxəbər.info

P.S    Bu arada gözümüzə Raqub Məmmədovun mətbuata verdiyi bir açıqlama dəydi və həmin açıqlamanlı adamı əliçıraqlı axtaran İsmayıl Məmmədovun nəzərinə çatdırmaq istəyirik. Raqub Məmmədovun dediyinə görə o zabitdir, harda olsa orda da xidmət edəcəy. Aqronom polkovnikin necə hibrid bir zabit olduğu Tərtər rayonunda hüquq-mühafizə orqanlarımızın qarşısını qətiyyətlə alaraq ifşa etdiyi erməniyə işləyən xəyanətkar cəsus şəbəkəsinin işində də özünü bir daha göstərdi. Yəni İsmayıl Məmmədov bil və agah ol, Raqub Məmmədov halhazırda mətbuata verdiyi açıqlamaya görə istirahətdədir. Ged onu axtar tap o sənə vurduğu sənölün cavabını onnan elə istirahət etdiyi, bahalı araqlar içdiyi yerdə aqronom polkovnikdən bir daha soruş.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>