Salyanda qeyri-adi tapıntı hər kəsi təəccübləndirdi - Video | SON XƏBƏR | SON XƏBƏR

Salyanda qeyri-adi tapıntı hər kəsi təəccübləndirdi – Video

salyan-tapinti_280x187Salyanın Qırxçıraq kəndində Mirişovlar ailəsinin həyətyanı sahəsində ortaya çıxan tapıntılar böyük marağa səbəb olub.

Qırxçıraq kəndində yaşayan Mirişovlar ailəsinin həyətyanı sahəsində ortya çıxan əşyalar sakinləri heyrətə gətirir. Əvvəllər ərazidən su nogurundan tutmuş çırağa qədər müxtəlif məişət əşyaları tapılırdısa, indi qəbir daşları ortaya çıxıb.

Anaxanım Mirişova (Təsərrüfat sahibi): “Bu yaxınlarda həyətyanı torpaq sahəmizi şumlayarkən kotana ilişdi daş. Çıxartdıq, qıraqları naxışlıdır, başdaşına oxşarlığı da var. Neçənci əsrə aiddir, onu bilmirik”.

Mütəxəssislərin fikrincə, Mirişovlar ailəsinin həyətyanı sahəsində aşkar olunan maddi-mədəniyyət nümunələri təxminən orta əsrlərə təsadüf edilir.

Anaxanım Mirişova: “Burda başqa əlavə saxsı qablar, çıraq, su qabı çıxıb. Araşdırsalar, bəlkə də çox şey çıxar”.

Ailə tapılan əyşaları bir yerı yığıb saxlayır. Onlar bu tapıntıların araşdırılaraq, tarixi əhəmiyyətinin öyrənilməsini istəyirlər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>