Xəzər dənizi müqaviləsinin detalları bəlli oldu - Tarixi saziş | SON XƏBƏR | SON XƏBƏR

Xəzər dənizi müqaviləsinin detalları bəlli oldu – Tarixi saziş

xezer_298x187Xəzər dənizinin statusu ilə bağlı 1996-cı ildən aparılan danışıqlar yekunlaşıb və 12 avqustda Xəzəryanı ölkələrin liderlərinin iştirakı ilə müqavilə imzalanacaq.

Bu barədə Kreml məlumat yayıb.

Kreml müqavilənin detallarını da yayımlayıb. Müqaviləyə əsasən, Xəzər dənizinin su səthi birgə istifadəyə açıq olacaq, dənizin dibi və torpağın alt hissələri sahilyanı ölkələr arasında bölüşdürüləcək.

Gəmiçilik, balıqçılıq fəaliyyətləri, elmi tədqiqatlar və boru xətti döşəmələri tərəflər arasında razılaşdırılmış qaydalar çərçivəsində olacaq. Dənizdəki layihələr də ekoloji amillər nəzərə alınaraq rellaşdırılacaq.

Sözügedən müqavilə bölgədən kənar ölkələrin Xəzərdə hərbi varlığınqadağan edir. Xəzəryanı 5 ölkə tənizin təhlükəsizliyindən, qorunmasından, ehtiyatlarından məsul olacaq.

Qeyd edək ki, sammit Qazaxıstanın Aktau şəhərində baş tutacaq və bir sıra hökumətlərarası saziş imzalanacaq.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>