Yaxın Şərq və Türkiyə üçün yüzilliyin fürsəti: Hər şey dəyişə bilər… | SON XƏBƏR | SON XƏBƏR

Yaxın Şərq və Türkiyə üçün yüzilliyin fürsəti: Hər şey dəyişə bilər…

hicran-kazanci_278x187İraq Baş naziri Heydər Abadinin Ankara ziyarətində başda İŞİD, PKK olmaqla terror qruplaşmalarına qarşı əməkdaşlıq və iqtisadi sahədə atılacaq addımlarla yanaşı, Ovaköy sərhəd-keçid məntəqəsinin açılması məsələsi də müzakirə edilib.

İraq Türkman cəbhəsinin Türkiyə nümayəndəsi Hicran Kazancı liderlərin görüşündə müzakirə olunan Ovaköy layihəsinin tez bir zamanda həyata keçirilməsini istədiklərini bildirib.

Ovaköy-Bağdad xəttinin açılmasının yüzilliyin fürsəti olduğunu söyləyən Kazancı layihənin həyata həyata keçirilməsinin zəruri olduğunu və düşmən ölkələrin layihəyə mane olmaq üçün müəyyən addımlar ata biləcəklərini bildirib.

“Ovaköy-Təlafər-Mosul-Bağdad ticarət yolunun açılması istiqamətində atılan addımlar İraq və Türkiyə üçün həyati önəm daşıyır. ABŞ-ın bu xətlə bağlı fərqli planları var. Şimalda 5 ayrı hava limanı və hərbi baza qurmaq hədəfləri var. Süleymaniyyə-Köysancak, Ərbil, Duhok və Kərkükün Altınkörpü bölgələri ilə birlikdə Təlafər-Mosul xəttində də 2 hərbi baza inşa edəcəklər. Bu bazalar həmçinin hava limanı olaraq fəaliyyət göstərəcək. Əsas məqsəd Bərzani və Talabanini “Baypas” edən, Sincar xəttində terror kolidoru layihəsini çətin salacaq Ovaköy-Bağdad xəttinə əngəl yaradılmasıdır. Bu barədə bütün tərəflər diqqətli olmalıdır”, - Kazancı vurğulayıb.

Kazancı yeni qurulacaq xəttin Türkiyə ilə islam dünyası arasında körpü rolu oynayacağını bildirib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>