Ərdoğanın Bakıda verdiyi mesajlar... - Deputat | SON XƏBƏR | SON XƏBƏR

Ərdoğanın Bakıda verdiyi mesajlar… – Deputat

qenire-turkiyede_300x150Türkiyənin düşməni bizim düşmənimiz, Azərbaycanın düşməni də Türkiyənin düşmənidir. Dağlıq Qarabağ təkcə Azərbaycanın deyil, Azərbaycan qədər Türkiyənin də məsələsidir.

Bu sözləri millət vəkili Qənirə Paşayeva Türkiyənin Hatay bölgəsinin Belen mahalında Azərbaycan küçəsi və Dağlıq Qarabağ parkının açılış mərasimində çıxışı zamanı deyib. O, Nuru Paşanın rəhbərliyində Qafqaz İslam Ordusunun Bakıya gəlməsindən də danışıb:

“Nuru Paşa şanlı ordusu ilə gəldi və soyqırımlar birlik-bərabərlik içində dayandırıldı. Bakı işğaldan azad edildi və Azərbaycan Cümhuriyyətinin paytaxtı oldu. Bu yolda bir çox şəhid verdik.

Vətən coğrafiyamızın hər tərəfindən - Hataydan, Ədirnədən, Qarsdan İstanbula qədər babalarımız “ora bizim vətənimiz, ağrı çəkən bizim insanımızdır” fikri ilə gəliblər və həyatlarını fəda ediblər. Çətin günlərdə Çanaqqalaya gələn yüzlərlə azərbaycanlı və Azərbaycana köməyə gələn qardaşlarımız qardaşlıq anlayışının əsasını ortaya qoyublar”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanda verdiyi mesajların çox vacib olduğunu vurğulayan millət vəkili bölgədə firavan yaşamaq üçün Türkiyə və Azərbaycanın birliyinin daha da artacağını qeyd edib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>