ABŞ Aİ ilə vergi məsələsində RAZILAŞDI | SON XƏBƏR | SON XƏBƏR

ABŞ Aİ ilə vergi məsələsində RAZILAŞDI

tarmp_300x169ABŞ prezidenti Donald Tramp Avropa İttifaqını ABŞ-a göndərəcəyi milyonlarla avtomobilə əlavə gömrük vergisi tətbiq ediləcəyini deyərək təhdid etdikdən sonra razılıq əldə edtdiklərinə dair bəyanat yayıb.

Tramp Avropa Komissiyasının prezidenti Jan Klod Yunkerin məsələ ilə bağlı onun ofisinə gəlişinə təəccübləndiyini dilə gətirib. ABŞ Prezidenti Donald Tramp bunu Avropa Birliyinin nümayəndələri ilə birlikdə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Ağ Evin yaydığı məlumata görə, danışıqlar zamanı ticarət siyasətinə dair önəmli məsələlər müzakirə edilib, gömrük tariflərinə diqqət edilib.

Tramp Aİ-nı Çin kimi ABŞ-dan sui-istifadə etdiyini irəli sürüb:

"Bu prosesin qaydasına düşməsi kifayət qədər zaman alacaq. Aİ bizimlə danışmırdı. Prezident Obama ilə də danışmırdılar".

Avropa Komissiyasının prezidenti Jan Klod Yunkerin ABŞ-ın ticarət fəaliyyətlərini yenidən müzakirə etmək dəvətinə rədd cavabı Trampı qəzəbləndirib:

"3 dəfə təklif etməmizə rəğmən, Aİ görüşmək istəmədi. Mən də daha israr edə bilməzdim. Artıq müzakirə etmək məcburiyyətində deyilik və ABŞ-a göndəriləcək milyonlarla maşına əlavə gömrük vergisi qoyulacağını bildirdik. Açığı, Yunkerin Avropadan ofisimə o qədər sürətlə gəlməsinə təəccübləndim. O qədər sürətli təyyarələri olduğunu bilmirdim. Nəhayət, razılığa gələ bildik".


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>