ABŞ-da GUAM-Yaponiya görüşü olacaq – Bakıdan açıqlama | SON XƏBƏR | SON XƏBƏR

ABŞ-da GUAM-Yaponiya görüşü olacaq – Bakıdan açıqlama

memmedyarov-taro_299x187Biz ikitərəfli əlaqələrin genişləndirilməsini müzakirə etdik. Azərbaycanla Yaponiya arasında əməkdaşlıq yüksək səviyyədədir.

Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov yaponiyalı həmkarı Taro Kono ilə görüşündə bildirib.

O qeyd edib ki, Yaponiya indiyədək Azərbaycana 7 milyard dollara yaxın investisiya qoyub. Onun 100 milyon dollardan çoxu qeyri-neft sektoruna yönəldilib:

“Görüşdə ilk növbədə infrastruktur layihələrinə diqqət yetirilib. Yaponiya Şimal-Cənub, Qərb-Şərq dəhlizlərinin inkişafına böyük maraq göstərir. Bundan başqa turizm sahəsində əməkdaşlıq müzakirə olundu. İldən-ilə Yaponiyadan Azərbaycana gələn turistlərin sayı artır. Yaponiya ilə Azərbaycan arasında birbaşa təyyarə reysinin açılması müzakirə olundu”.

E.Məmmədyarov qeyd edib ki, görüş zamanı sentyabrın 20-də Nyu-Yorkda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində GUAM-Yaponiya görüşünün keçirilməsinə dair razılıq əldə olunub:

“Bundan başqa onu da deyim ki, sentyabrın sonunda Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatında xeyli sayda yapon idmançıları da iştirak edəcək”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>