Avropa bizə deyil, özünə görə bunu etməlidir - İran | SON XƏBƏR | SON XƏBƏR

Avropa bizə deyil, özünə görə bunu etməlidir – İran

cavad_zerif_300x169İran öz maraqlarına cavab verdiyi müddət ərzində nüvə razılaşmasından imtina etməyəcək.

Bunu “Şpiqel” jurnalına müsahibəsində İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

“Bu razılaşma məntiqli kompromisin nəticəsidir. İran öz maraqlarına cavab verdiyi müddət ərzində razılaşmada qalmağa davam edəcək. Bizim üçün prioritet olan əsas məsələ odur ki, İran gələcəkdə də məqbul həcmdə neft sata bilsin.

Avropalılar və müqaviləyə imza atan digər ölkələr ABŞ sanksiyalarının təsirinin kompensasiyası üzərində işləməlidirlər. Mayda onlar bizə paket təqdim etdilər. Bu, ciddi öhdəliklər idi. İndi bu paket reallaşmalıdır. Bunun əhəmiyyəti odur ki, Avropa bu paketi İran üçün yox, özünün suverenliyi və uzunmüddətli iqtisadi maraqları üçün reallaşdırmalıdır”, – deyə o bildirib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>