Azərbaycan yollarında ilk: 3D formatlı piyada zolağı - Video | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycan yollarında ilk: 3D formatlı piyada zolağı – Video

zolaq3d_300x169Azərbaycanda ilk dəfə olaraq avtomobil yollarında 3D formatlı piyada zolağı çəkilib.

Yenilik ilk dəfə Naxçıvan şəhərində tətbiq edilib.

Bu ilin əvvəlindən Naxçıvanda bir çox yolların yenidən qurulması işlərinə başlanılıb. Bir müddət əvvəl isə şəhərin mərkəzi prospektlərindən biri - Heydər Əliyev prospektində yenidənqurma işləri yekunlaşdırılıb. Prospektdə, həmçinin Avropa ölkələrində geniş tətbiq olunan 3D formatlı piyada zolaqları çəkilib.

Belə piyada zolaqlarının digər küçə və prospektlərdə də çəkilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 3D formatlı zolaqların yolda qoyulmuş bordür effekti yaratması piyadaların həmin zolaqlardan daha təhlükəsiz istifadəsinə imkan verir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>