İndoneziyalı səfir Qarabağdan danışdı | SON XƏBƏR | SON XƏBƏR

İndoneziyalı səfir Qarabağdan danışdı

funann_298x187Sentyabrın 11-də İndoneziyanın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin 73-cü ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edib.

Tədbirdə əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Qəbulda çıxış edən səfir Hüsnan Bəy Fənani İndoneziyanın keçdiyi inkişaf yolundan danışıb.

Ölkələrimiz arasındakı əlaqələrdən bəhs edən səfir münasibətlərimizin son illərdə daha da inkişaf etdiyini deyib. O əlavə edib ki, İndoneziya Azərbaycanı özünə dost və tərəfdaş hesab edir. Siyasi və iqtisadi əlaqələr yüksək səviyyədədir. İndoneziya və Azərbaycan arasında 30-dan çox yüksək səviyyəli səfərlər təşkil edilib. İndoneziya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanı birmənalı şəkildə dəstəkləyir.

Mədəniyyət naziri Əbülfəz Qarayev rəsmi qəbulda çıxış edərək Azərbaycan Hökuməti adından İndoneziya xalqını əlamətdar gün münasibətilə təbrik edib. O bildirib ki, ölkələrimizin əlaqələri, xüsusilə də parlamentlərarası münasibətlər sürətlə inkişaf edir. Hər iki ölkə beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Ə.Qarayev İndoneziya ilə Azərbaycan arasında mövcud olan iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Nazir mədəniyyət sahəsində əlaqələrdən də danışaraq bildirib ki, İndoneziya səfirliyi son iki ildə ölkəmizdə müxtəlif mədəniyyət festivalları keçirir, bu da xalqlarımızın əlaqələrinin güclənməsinə təkan verir. O, ölkələrimiz arasında münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>