İşə getmədən ildə 800 min qazanmaq olar - Yeni model | SON XƏBƏR | SON XƏBƏR

İşə getmədən ildə 800 min qazanmaq olar – Yeni model

dollar-avro_300x177Fərqli ölkələrdəki savadlı və öz peşəsində uğur qazanmış insanları tapıb, uzaqdan çalışma modeli ilə heyət quran “Krossover” şirkətinin maraqlı strategiyası var.

İşçi sayını ikiqat artırmağı planlaşdıran şirkət illik 800 min dollara qədər gəlir vəd edir.

İnkişaf edən bulud texnologiyaları ilə birlikdə dünyada yeni bir iş modeli ortaya çıdıb. Artıq insanlar dünyanın fərqli ölkələrindəki şirkətlərə, minlərlə kilometr uzaqlıqda olsalar da xidmət göstərərək, ildə minlərlə dollar gəlir əldə edə bilirlər. Fərqli ölkələrdəki nüfuzlu iş gücünü, uzaqdan çalışma modelini mənimsəyən şirkətlərlə görüşdürən Amerika mərkəzli "Krossover" öncə Türkiyə bazarına girib. 200-ə yaxın türk işçisinə Yaponiya, Amerika, Rusiya kimi dünyanın fərqli ölkələrində çalışma modeli ilə iş və illik 800 min dollara yaxın gəlir imkanı təmin edən "Krossover"in təmsilçisi Andy Tryba, uzaqdan çalışma sisteminin detallarını “Sabah” qəzetinə açıqlayıb.

-Uzaqdan çalışma sistemi necə işləyir?

-Uzaqtan çalışma hələ də inkişaf etməkdə olan bir dəbdir. Bütün işlərin gələcəyi belə şəkillənəcək. Çünki yüksək qabiliyyət tələb edən işlər bulud atmosferində həyata keçiriləcək. Buludda olduğu üçün də harada çalışmanızın artıq heç bir əhəmiyyəti qalmayacaq.

-Sistem necə idarə ediləcək?

-Bu sistemdə yenə də hər kəsin bir rəhbəri, karyeri, hədəfləri olacaq. Sadəcə ofisdə çalışma məcburiyyəti ortadan qalxacaq. İnsanlar faydalı ola biləcəkləri hər yerdən çalışa biləcəklər.

-Uzaqdan çalışma modeli ən çox hansı ölkələrdə tətbiq olunur?

-Biz 108 ölkədə xidmət edirik. Əsasən amerikalı şirkətlər, dünyanın harasında olursa olsun, bu qabiliyyətli insanları işə götürmək istəyirlər. Türkiyədə 165 nəfər bu şəkildə çalışır. Bu say 6 ay əvvəl 80 idi. Bu gün ikiqat artıb.

-Türkiyədəki iş gücünü necə qiymətləndirirsiz?

-Türk insanı həqiqətən də çox ağıllı və çalışqandır. Bizə müraciət edən minlərlə insan var. Onları zaman-zaman çox ciddi testlərdən keçiririk. Və türklər bu testlərdən hər zaman ən yüksək nəticələri alırlar. Odur ki, heyətə yeni insanları əlavə etməyi arzulayırıq. Bizimlə çalışanlar da çevrələrindəki bəzi insanları tövsiyyə edirlər. Beləcə sürətlə böyüyürük.

-Bəs sizinlə çalışanlara nə qədərlik bir gəlir vəd edirsiniz?

-İldə 200 min dollarla 800 min dollar arasında bir gəlir vəd edirik. Ödəmələr dollarla edilir. Çalışanlar da bu sistemin avantajlarından, üstünlüklərindən istifadə edirlər. Məsələn, bizdə çalışan bir nəfər İstanbuldan İzmirə köçdü. Çünki onu bura bağlayan bir ofis qalmadı.

- Dünyada böyümə faizləriniz necədir?

-Dünya miqyasında 5 ildə 5 min işçiyə qədər artdıq. Amerika, Hindistan, Braziliya, və Rumıniyadan sonra Türkiyə 5-ci sırada yer alır. Türkiyə ən sürətlə böyüdüyümüz ölkələr sırasında yer alır.

-Heyəti necə qurursunuz?

-Məsələn, Amerikada bir şirkət bizə “mənim bir işçi heyətinə ehtiyacım var” deyir. Bu, hər bir sahədə ola bilər: maliyyə, Ar-Ge, lm... Biz lazımi statusda, savadda, təcrübədə olan insanları tapır və onları bulud heyətinə yerləşdiririk. Beləcə, dünyanın fərqli ölkələrindən insanlar eyni şirkətə xidmət verir. İşçi də qlobal bir şəbəkəyə daxil olur.

-Daha çox hansı sektordan tələb gəlir?

-Texniki olan və texniki olmayanlar var. Texniki olanda daha çox yazılım inkişaf etdirici şirkətlər yer alır. Texniki olmayan tərəfdə isə satış bazarlama, finans, pərakəndə, e-ticarət kimi hər sektordakı şirkətlərdən tələb alırıq.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>