İtaliya Poroşenkonu fəxri vətəndaşlıqdan çıxartdı | SON XƏBƏR | SON XƏBƏR

İtaliya Poroşenkonu fəxri vətəndaşlıqdan çıxartdı

poroshenko-pyotr_300x177Ukrayna Prezidenti Pyotr Poroşenko İtaliyanın Verona şəhərinin fəxri vətəndaşlığından məhrum edilib.

Bu barədə “Sputnik İtaliya” şəhər şurasının üzvü Vito Komençiniyə istinadla xəbər yayıb.

Komençini qərarın dərhal qüvvəyə mindiyini bildirib.

İtaliyanın Veneto bölgəsinin Rusiya ilə dostluq assosiasiyası Poroşenkodan fəxri adın alınmasını Şəhər Şurasının 30 üzvünün dəstəklədiyini, 3 üzvün isə qərarla razılaşmadığını bildirib.

Qeyd edək ki, Poroşenkoya sözügedən fəxri ad 2016-cı ildə verilmişdi.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>