Marçek: Azərbaycanda bunun bir daha şahidi oldum | SON XƏBƏR | SON XƏBƏR

Marçek: Azərbaycanda bunun bir daha şahidi oldum

peter-marcek_281x187Azərbaycan parlamentinin yaranmasının 100 illiyi münasibətilə xalqınızı təbrik edirəm. Bu, böyük tarixdir. Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri olaraq buna çox sevinirəm.

Bu sözləri Azərtac-a müsahibəsində Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda iştirak edən Slovakiya parlamentində Azərbaycan ilə dostluq qrupunun rəhbəri Peter Marçek deyib.

Bakıya bir neçə dəfə səfər etdiyini söyləyən qonaq Azərbaycanın çox zəngin dövlət olduğunu bildirib. O vurğulayıb ki, Azərbaycan rəhbərliyi ölkənin inkişafının qayğısına qalır. “Mən ilk dəfə Bakıya 2007-ci ildə gəlmişəm, 2017-ci ildəki və indiki səfərlərim zamanı şəhərinizi tanımadım. Ölkənizin sürətli inkişafının bir daha şahidi oldum. Azərbaycan xalqına daimi rifah arzulayıram”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>