MİT-dən əməliyyat: Reyhanlı qatili axır ki, yaxalandı | SON XƏBƏR | SON XƏBƏR

MİT-dən əməliyyat: Reyhanlı qatili axır ki, yaxalandı

yusuf-nazik_300x170Türkiyənin Milli İstehbarat Təşkilatının (MİT) əməkdaşları Suriyanın Latakiya bölgəsində xüsusi əməliyyatla axtarışda olan terrorçunu ölkəyə gətiriblər.

Xüsusi əməliyyat nəticəsində saxlanılaraq ölkəyə gətirilən Yusuf Nazik adlı terrorçu Reyhanlı bölgəsində 52 nəfərin ölümünə səbəb olan teraktları planlaşdıran şəxsdir. Nazik keçirilən ilk dindirilmədə hücumları planlaşdırdığını etiraf edib.

2013-cü ilin mayın 11-də Hatayın Reyhanlı bölgəsində 2 terror hadisəsi baş verib. Hücumlar nəticəsində 52 nəfər ölüb, 146 nəfər yaralanıb. Minalanmış avtomobillərin partladılması ilə baş verən hücum Türkiyə tarixində 2015-ci ildəki Ankara hücumundan sonra ən qanlı ikinci terror aktı kimi qeyd olunub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>