Oğuz rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vüqar Əliyev rəhbərliyin sadiq adamlarındandır- ÖZƏL | SON XƏBƏR | SON XƏBƏR

Oğuz rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vüqar Əliyev rəhbərliyin sadiq adamlarındandır- ÖZƏL

ramil-usubov_300x177Vüqar Əliyev cənab nazir Ramil Usubovun rəhbərliyi altında dövlətimizə və xalqımıza sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, əvvəl Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin baş əməliyyat müvəkkili işləmiş, Oğuz rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vüqar Əliyevdir.

Oğuz rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vüqar Əliyev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-polkovniki cənab Ramil Usubovun etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Hər bir sahədə çalışanların fəaliyyətinə münasibətdə Oğuz rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vüqar Əliyev yalnız qanuna, ədalətə və şəffaflığa əsaslanır. Tam məsuliyyətimizlə deyirik ki, Oğuzda kiminsə haqqına toxunmaq kiminsə düşüncəsində belə özünə yer tapa bilməz. Bunun nəticəsidir ki, uzun illər durğun vəziyyətdə olan Oğuz da yeni inkişaf dövrünü yaşayır. Rayon sakinləri problemlərinin həllində həmişə dəstək görürlər.

Vüqar Əliyev böyük müəllimi və idealı olan Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-polkovniki cənab Ramil Usubov kimi Ulu Öndər Heydər Əliyevə dəyər verməkdən zövq alır!

Vüqar Əliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Vüqar Əliyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Azərbaycan Respublikasının daxili işlər naziri Cənab Ramil Usubovdan nümunə götürən Vüqar Əliyevin böyüklüyü onun sadəliyində, Prezident İlham Əliyev siyasətinə və insanlara insani münasibətindədi!

Vüqar Əliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Vüqar Əliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Oğuz rayon Polis Şöbəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda Vüqar Əliyev özünü doğruldub. Bizdə hörmətli Vüqar Əliyevi Cənab nazir Ramil Usubovun rəhbərliyi altında dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar diləyirik.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>