Prezident xələfinə çağırış etdi - Rusiya təhlükəsi | SON XƏBƏR | SON XƏBƏR

Prezident xələfinə çağırış etdi – Rusiya təhlükəsi

margvelashvili_new_260x187Rusiya Gürcüstana qarşı ən böyük təhlükə olaraq qalır.

Bu sözləri Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Tiflisdə keçirilən beynəlxalq forumda çıxışı zamanı deyib.

“Bizim üçün əsas təhlükə Rusiyadır. Onlar hələ 1990-cı illərdə Gürcüstanın ərazi bütövlüyünü pozdular və 2008-ci ildə də bu fəaliyyətlərini davam etdirdilər”, - Marqvelaşvili bildirib.

Rusiyanın Gürcüstanın seçdiyi avroatlantik inteqrasiya kursunun əleyhinə çıxış etdiyini bildirən prezident ölkəsinin bu xarici siyasət xəttinin dəyişilməz olaraq qaldığını açıqlayıb:

“Mən yaxın vaxtlarda seçilməsi nəzərdə tutulan yeni prezidentə bütün beynəlxalq platformalarda Rusiyanın Gürcüstana hücum etdiyini və buna heç cür bəraət qazandıra bilməyəcəyini xatırlatması barədə çağırış edirəm”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>