Putinin Ma ilə təqaüd zarafatı | SON XƏBƏR | SON XƏBƏR

Putinin Ma ilə təqaüd zarafatı

putin_5_300x158Rusiya Prezidenti Vladimir Putin Çin biznesmeni Cek Maya təqaüdə getmək niyyətində olmadığını bildirib.

Bunu “Rossiya 1” televiziyasında yayımlanan “Moskva. Kreml. Putin” proqramına müsahibəsi zamanı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Putinlə Manın Şərq İqtisadiyyat Forumu çərçivəsində görüşünü şərh edən Peskov Putinin biznesmendən həqiqətən təqaüdə gedib-getməyəcəyi ilə bağlı maraqlandığını vurğulayıb:

“Bütün dünya Manın təqaüdə getməsiylə bağlı xəbərləri müzakirə edirdi. Putin Ma ilə görüşünün əvvəlində ona müraciət edərək “Siz belə enerji ilə necə təqaüdə çıxa bilərsiniz?” sualını verib. Sonradan prezident yenidən Maya müraciət edərək, özünün təqaüdə getmək fikrində olmadığını söyləyib”.

Qeyd edək ki, Cek Ma “Alibaba” portalının rəhbəridir. 54 yaşı olan Ma bundan öncə təqaüdə gedəcəyini açıqlayıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>