Qərarımızı vermişik, ikincisi olmayacaq - Tereza Mey | SON XƏBƏR | SON XƏBƏR

Qərarımızı vermişik, ikincisi olmayacaq – Tereza Mey

tereza-mey-obeschaet-britanii-slozhnye-vremena_300x170Britaniyalılar Avropa İttifaqından çıxmağa səs verməklə öz seçimlərini ediblər, ikinci səsvermə olmayacaq.

Böyük Britaniyanın Baş naziri Tereza Mey bu fikirləri Avropa İttifaqının Zalsburqda keçirilmiş qeyri-formal sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında səsləndirib.

Baş nazir Böyük Britaniyanın hakimiyyət orqanlarının mövqeyini bir daha təkrarlayaraq bildirib ki, Brexit üzrə ikinci referendum qeyri-mümkündür.

“Biz 2019-cu ilin martında çıxacağıq (Aİ-dən) və ikinci referendum olmayacaq. İnsanlar öz seçimini edib, Baş nazir olaraq mənim vəzifəm, hökumətin və parlamentin vəzifəsi bu seçimi təmin etməkdir”, - deyə Tereza Mey Avropa Komissiyasının saytında yayımlanan çıxışında qeyd edib.

Britaniya və Avropa İttifaqı tərəflərin maraqlarına əməl olunmaqla oktyabrın sonunadək Brexit-in reallaşdırılmasına imkan verəcək üç əsas məsələni həll etməlidir: Avropa İttifaqından çıxma haqqında sazişin razılaşdırılmasını başa çatdırmaq, İrlandiya sərhədləri ilə bağlı problemi həll etmək və gələcək qarşılıqlı əlaqələrin formatını hazırlamaq.

Böyük Britaniya Avropa İttifaqını 2019-cu il martın 29-da tərk edəcək. Brexit-in şərtləri haqqında danışıqlar ötən ilin yayından bəri davam edir və hələlik ciddi irəliləyiş əldə olunmayıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>