Rusiyadan ABŞ-a cavab: Heç vaxt bacarmayacaqsınız
ABŞ-ın rusiyalılar və Rusiya şirkətlərinə qarşı yeni sanksiyaları Rusiya-ABŞ münasibətlərində gərginliyi artırır.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib. Onun sözlərinə görə, ABŞ sanksiyaları qlobal stabilliyi pozur.
O, ABŞ-ı “odla oynamamağa” səsləyib.
Ryabkov yeni sanksiyaların ABŞ-ın 2014-cü ildən bu yana tətbiq etdiyi 60-cı sanksiya paket olduğunu bildirib.
***
ABŞ siyasətçiləri öz şərtlərini təzyiq yolu ilə Rusiyaya qəbul etdirməyə ümid edirlər, amma heç vaxt bunu bacara bilməyəcəklər.
Bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
"ABŞ-ın ölkəmizə qarşı sanksiyaları necə yerinə yetirdiyini müşahidə etməyə davam edirik. Bəllidir ki, bu durum orada milli bir əyləncəyə çevrilib. Onlar şərtlərini bizə qəbul etdirə bilməyəcəklər", - Ryabkov söyləyib.