Safonov Türkiyəni nümunə göstərdi | SON XƏBƏR | SON XƏBƏR

Safonov Türkiyəni nümunə göstərdi

turkiye-ile-rusya-imzalar-atildi-h1480605252-d86f18_300x150Xarici turizm sahəsində Rusiya Federasiyasının əsas tərəfdaşları olan ölkələrlə qarşılıqlı hesablaşmalarda yaxın gələcəkdə milli valyutaya keçid mümkündür.

Azərtac xəbər verir ki, bunu Turizm üzrə Federal Agentliyin rəhbəri Oleq Safonov bunu Şərq İqtisadi Forumunda bildirib.

Oleq Safonovun sözlərinə görə, qarşılıqlı hesablaşmalarda milli valyutaya keçid siyasəti Turizm üzrə Federal Agentlik tərəfindən yox, ölkənin maliyyə hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. O deyib:

“Lakin biz bu istiqamətdə aşkar meyilləri görürük”.

Onun fikrincə, hesablaşmalarda bu və ya digər xarici valyutalardan istifadə edilməsinə sanksiya məhdudiyyətlərinin tətbiq olunması hesablaşmaların milli valyutalarda aparılmasına yanaşmanı yalnız stimullaşdırır.

“Mənim fikrimcə, xarici turizm sahəsində bizim əsas tərəfdaşlarımızla bu cür hesablaşma tamamilə, özü də yaxın perspektivdə mümkündür”, - deyən O.Safonov Türkiyəni nümunə göstərib.

İdarə rəhbəri deyib: “Əcnəbi vətəndaşlar Rusiya Federasiyasına gələndə özləri ilə milli valyuta gətirir və burada onu Rusiya rubluna mübadilə edirlər. Rusiyanın daxilində isə hesablaşmalar yalnız rubl ilə aparılır”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>