Soçi razılaşması: Əlavə əsgər göndərəcəyik - Çavuşoğlu | SON XƏBƏR | SON XƏBƏR

Soçi razılaşması: Əlavə əsgər göndərəcəyik – Çavuşoğlu

mevlut_cavushoglu1_300x168İdliblə bağlı ötəngünkü zirvədə həll yolu tapdıq. Bu razılaşmaya görə, İdlib bölgəsinin sərhədləri qorunacaq. Statusunda heç bir dəyişiklik olmayacaq. Əhali öz yerində qalacaq.

Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Bu bölgəyə hər hansı bir hücum edilməməsi və rejimin İdlibə girməməsi üçün lazımı tədbirləri Rusiya görəcək. İdlibdə ağır silahlardan təmizlənmiş bölgə olacaq. Burada müxalifət və mülki insanlar qalacaq. Bölgədən sadəcə terrorçu qruplar çıxarılacaq. Dediyim kimi, bura ağır silahlardan təmizlənəcək, mülayim müxalifətin əlindəki yüngül silahlar qalacaq. Bu bölgədə Rusiya və Türkiyə sərhəd zonasında birgə patrul nəzarətini həyata keçirəcək. Buna görə də əlavə əsgər göndərməliyik”, - nazir bildirib.

Qeyd edək ki, ötən gün Türkiyə və Rusiya liderləri Soçidə İdliblə bağlı görüşüblər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>