Trampın adı bu ölkənin işğal rəmzinə çevriləcək - Şerin | SON XƏBƏR | SON XƏBƏR

Trampın adı bu ölkənin işğal rəmzinə çevriləcək – Şerin

polsa_300x175Polşa ərazisində ABŞ lideri Donald Trampın şərəfinə adlandırılan hərbi baza Polşa dövlətinin işğalının rəmzinə çevriləcək.

Bu sözləri rusiyalı millət vəkili Aleksandr Şerin deyib.

“Hərbi baza Trampın şərəfinə adlandırılsa, polşalı məktəblilər onun bioqrafiyasını öyrənməli olacaqlar. Bu, işğalla bağlı daimi xatırlatmadır. Kimdir ev sahibi? Hərbi baza kimin şərəfinə adlandırılıb? Bu, sadəcə utopiyadır. Çünki müstəqil dövlətin ərazisindəki küçəni, kitabxananı, parkı deyil, istənilən dövlət üçün işğal rəmzi sayılan hərbi bazanı onun şərəfinə adlandırmaq istəyirlər”, - Şerin bildirib.

Parlamentarinin sözlərinə görə, Polşa öz ərazisində ABŞ hərbi bazasını yerləşdirməklə Rusiyanı “iynələmək” istəyir:

“Belə təəssürat yaranır ki, Polşa özünü ona xəyanət edən oğlandan intiqam almaq istəyən qız kimi aparır. Özünü ləyaqətli və müstəqil ölkə kimi aparmaq əvəzinə bu yolla bizi iynələmək istəyir. Ancaq bu Rusiyadır, onu heç cür təhqir etmək olmaz”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Polşa ərazisində daimi hərbi baza yaratmaq fikrinin müzakirə olunduğunu, rəsmi Varşavanın bunun müqabilində milyardlarla dollar ödəməyə hazır olduğunu bildirmişdi.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>