Türkiyədə yeni partiya yaradılır – Dəmirəl ruhu | SON XƏBƏR | SON XƏBƏR

Türkiyədə yeni partiya yaradılır – Dəmirəl ruhu

ankara__300x179Türkiyədə yeni bir siyasi partiyanın yaradılması ilə bağlı hazırlıqlar başladılıb.

Bu barədə Türkiyə mətbuatı yazıb.

Məlumata görə, yeni siyasi partiyanın yaradılması üçün Ədalət Partiyası və Doğru Yol Partiyasının keçmiş millət vəkilləri, nazirləri, partiya rəhbərləri 20 oktyabrda Adana şəhərində toplanacaq. Bu siyasətçilər hazırda “Dəmirəl ruhu”nu yaşadacaq partiya yaratmaq hazırlıqları aparır. Mövcud partiyalarda təmsil olunmaq istəməyən mərkəz sağçılar yenidən Süleyman Dəmirəlin ideyaları ətrafında birləşməyi planlaşdırır.

Qeyd edək ki, Süleyman Dəmirəl Ədalət Partiyası və Doğru Yol Partiyasının liderliyini edib. DYP rəhbəri olduğu zaman Türkiyə prezidenti seçilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>