Vaşinqtondan S-400 oyunu – Yeni hədəf... | SON XƏBƏR | SON XƏBƏR

Vaşinqtondan S-400 oyunu – Yeni hədəf…

s400_mir_300x170ABŞ hərbi əməliyyatlar zamanı Yunanıstan ərazisində yerləşən bazalardan istifadə miqyasını genişləndirəcək.

Bu barədə “Vol Strit Jurnal” nəşri yazıb.

Belə bir addımın atılmasına səbəb kimi Vaşinqtonla Ankara arasında getdikcə artan gərginlik göstərilib. Ekspertlər Vaşinqtonun Afina ilə yaxınlaşmasının Türkiyəyə şantaj xarakteri daşıdığını da vurğulayıblar.

Pentaqon Afinaya məxsus hərbi bazalardan və hərbi-dəniz bazalarından daha aktiv şəkildə istifadə etməyə can atıb. Bunun ikinci bir səbəbi isə Türkiyənin Moskvadan əldə etməyə çalışdığı S-400 zenit raket kompleksləri olub. Bununla bağlı artıq tərəflər arasında danışıqlar da başladılıb.

ABŞ tərəfdən danışıqlara NATO-nun Avropadakı Birləşmiş Qoşunlarının Baş komandanı Körtis Skaparotti rəhbərlik edib. Danışıqlarda həmçinin general Cozef Danfordun da iştirak etdiyi bildirilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>