“Vikipediya”dan milli qəhrəmanlarla bağlı - Mühüm addım | SON XƏBƏR | SON XƏBƏR

“Vikipediya”dan milli qəhrəmanlarla bağlı – Mühüm addım

milli-qehremanlar_300x183Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən ingilis dilli “Vikipediya”da Milli qəhrəmanlarımız haqqında məqalələr yaradılıb.

Məqalələrdə Azərbaycanın Milli qəhrəmanları – Mikayıl Cəbrayılov, Mövsüm Məmmədov, Zakir Yusifov, Əliyar Əliyev, Səfiyar Behbudov, Mehdi Abbasov, Aslan Atakişiyev, Koroğlu Rəhimov, Nofəl Quliyev, Valeh Müslümov, Vüqar Hüseynov, Yusif Əliyev, Cəlil Səfərov, Elgiz Kərimov, Fərhad Hümbətov, Fəxrəddin Musayev, Fikrət Hacıyevin həyatı və keçdikləri döyüş yolu barədə ətraflı məlumat verilir.

Mərkəzin könüllüləri tərəfindən xarici dillərdə olan ”Vikipediya”larda digər Milli qəhrəmanlarımız haqqında da məqalələrin yaradılması üzərində iş aparılır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>