Xilaskar türk ordusunun Qubadakı yadigarları - Foto | SON XƏBƏR | SON XƏBƏR

Xilaskar türk ordusunun Qubadakı yadigarları – Foto

iqriqBu gün məktəblilər Quba rayonunun İqrıq kənd qəbiristanlığında uyuyan türk əsgərlərinin məzarlarını ziyarət ediblər.

Bu qəbiristanlıqda 1918-ci ildə Azərbaycana köməyə gələn xilaskar türk ordusunun iki əsgərinin məzarı var. Həmin əsgərlər o vaxt Quba qəzasında soyqırım törədən ermənilərə qarşı döyüşlərdə qəhrəmanlıqla şəhid olublar.

2012-ci ildə İqrıq kəndində türk şəhidlərinin məzarı ətrafında xatirə kompleksi yaradılıb.

İqrıq kəndinin sakini, tarixçi Şövkət Babayev Azərtac-a müsahibəsində bildirib ki, 1918-ci ilin aprel-may aylarında ermənilər İqrıq kəndində də evləri talan edib, məscidi yandırıb, kənd sakinlərinə amansız divan tutublar. Ermənilərin törətdikləri qırğınların qarşısı Nuru paşanın rəhbərlik etdiyi xilaskar türk ordusunun köməyə gəlməsindən sonra alınıb. Ona görə də kənd sakinləri burada dəfn olunan türk əsgərlərinin xatirəsini daim ehtiramla anırlar.

Tarixçi Ş.Babayev qəbir daşlarının üzərində ərəbcə şəhidlərin adlarının və digər məlumatların yazıldığını bildirir. “Baş daşlarının birinin üzərində Əli, digərində isə Səfərəli adı qeyd olunub. Bundan başqa, daşlara əsgərlərin şəhid olduğu tarix də (1918-ci il) həkk olunub”, - deyə tarixçi bildirib.

1918-ci ilin aprel-may aylarında ermənilər Quba qəzasında 167 kəndi tamamilə məhv edib, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb. Qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>