Əfqanıstanda NATO-nun konvoyuna hücum olub, 2 nəfər ölüb, 5-i yaralanıb | SON XƏBƏR | SON XƏBƏR

Əfqanıstanda NATO-nun konvoyuna hücum olub, 2 nəfər ölüb, 5-i yaralanıb

Əfqanıstanın şimalında intiharçı-kamikadzenin NATO konvoyuna hücumu nəticəsində 2 mülki şəxs ölüb, 2 mülki şəxs və 3 hərbçi yaralanıb.

Sonxəbər.info-“Report” a istinadən xəbər verir ki, bunu Pərvan rayonunun polis rəisi Mahfuz Vəlizadə deyib.

Bildirilib ki, hadisə konvoy NATO-nun Baqramdakı hərbi bazasının yaxınlığından keçərkən baş verib.

NATO rəsmiləri məsələ ilə bağlı açıqlama verməyiblər.

Hücumun məsuliyyətini üzərinə götürən “Taliban” isə hadisə nəticəsində ABŞ-ın 3 hərbçisinin öldüyünü bildirib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>