ABŞ-Çin savaşının ilk nəticəsi: Birjalarda kəskin ucuzlaşma | SON XƏBƏR | SON XƏBƏR

ABŞ-Çin savaşının ilk nəticəsi: Birjalarda kəskin ucuzlaşma

usa_china_300x162ABŞ-ın “Dou Cons” indeksi dünən Nyu York fond birjasında 3,15% ABŞ dövlət istiqrazlarının gəlirliliyinin artması fonunda ucuzlaşıb.

“Dou Cons”la bərabər ABŞ bazarının 500 ən böyük şirkətini tərkibində birləşdirən “S&P 500” 3,29%, NASDAQ indeksi isə 4,08% geriləyib. “S&P 500” üçün bu göstərici fevraldan, NASDAQ üçün isə yanvardan bu yana qeydə rekord itki olub.

Bununla birjada əksər texnologiya şirkətlərinin səhmləri də ucuzlaşıb. Ən böyük itki Tvitter (8,47%), “Netfliks” (8,38%), “Əpl” (4,63%), “İntel” (3,76%) şirkətlərində qeydə alınıb.

“Röyter” agentliyinə açıqlama verən “DoubleLine” fondunun rəhbəri Cefri Qundlax ucuzlaşmaya əsas səbəblərdən birinin ABŞ dövlət istiqrazlarının gəlirliyinin artmasının olduğunu bildirib:

“ABŞ-ın fond bazarı faiz dərəcələrinin qəfil artmasına reaksiya göstərməyə başlayıb və gələcəkdə bu tendensiya davam edəcək. Əgər gələcəkdə faiz dərəcələrinin artım sürəti narahatverici məqama çatsa, bu tendensiya davamlılığını itirməyəcək”.

Bəzi mətbuat orqanları ABŞ bazarına həm də Çinlə yaranan ticarət müharibəsinin təsir etdiyini bildirib. Çinlə ticarət savaşı barədə mövqeyindən əl çəkməyən ABŞ Prezidenti Donald Tramp “Dou Cons” indeksinin ucuzlaşmasından dərhal sonra verdiyi açıqlamada bütün günahı FES-in üzərinə atıb. O, FES-in artıq dəli olduğunu və həddən artıq sərt monetar siyasət yürütdüyünü bildirib.

Ən maraqlı məqam isə ABŞ fond bazarındakı ucuzlaşmanın Asiya fond bazarlarını da silkələməsi olub. Belə ki, Çin fond bazarlarında son ayların ən böyük çöküşü yaşanıb. Honkonqun “Hanq Senq” indeksi 3,73%, “Şanxay” indeksi 3,75%, “Şenzen Kompozit” indeksi isə 4,87% dəyər itirib.

Asiyanın ən böyük telekommunikasiya şirkətlərindən biri olan “Tencent”in səhmlərinin dəyəri 4% ucuzlaşıb. Bu sırada smartfonlar üçün linza istehsal edən “Sanni Optikal Texnoloci” (5,8%), “Qreyt Vol Motor” avtomobil şirkəti də (5,6%) yer alıb.

Çinlə bərabər Tayvanın “Taieks” (5,72%), Yaponiyanın “Nikkei” indeksi (3,89%) də dəyər itirib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>