ABŞ prezidenti sinaqoqda baş vermiş silahlı insidentə münasibət bildirib | SON XƏBƏR | SON XƏBƏR

ABŞ prezidenti sinaqoqda baş vermiş silahlı insidentə münasibət bildirib

ABŞ prezidenti Donald Tramp şənbə günü səhər naməlum şəxsin əvvəlcə sinaqoq ziyarətçilərinə, sonra isə hadisə yerinə gələn polislərə atəş açması ilə bağlı vəziyyəti izləyir.

Sonxəbər.info-“Report” -a istinadən xəbər verir ki, dövlət başçısı bu barədə öz "Twitter" səhifəsində yazıb.

"Pensilvaniya ştatı, Pittsburq şəhərində baş verən hadisələri izləyirəm. Asayiş keşikçiləri hadisə yerindədirlər. "Squirrel Hill" ərazisində yaşayan insanlar evdən bayıra çıxmamalıdırlar. Görünür söhbət bir neçə nəfərin ölməsindən gedir, atəş açan şəxsdən özünüzü qoruyun", - deyə Tramp yazıb.

ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində şənbə günü çoxlu insanın toplaşdığı sinaqoqlardan birində naməlum şəxs avtomat silahdan atəş açıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>