ABŞ Prezidentinin müşaviri Rusiyada danışıqlar aparır - YENİLƏNİB | SON XƏBƏR | SON XƏBƏR

ABŞ Prezidentinin müşaviri Rusiyada danışıqlar aparır – YENİLƏNİB

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə danışıqlar zamanı silahlar barədə razılaşmalar da daxil olmaqla bir sıra məsələr ətrafında müzakirələr aparıb.

Sonxəbər.info-“Report” a istinadən xəbər verir ki, tərəflər habelə Suriya, İran, Şimali Koreya, həmçinin terrorla mübarizə ilə bağlı bir çox məsələləri müzakirə ediblər.

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə beynəlxalq təhlükəsizlik məsələlərini və iki ölkə arasında bu istiqamətdəki əməkdaşlığın yollarını müzakirə edir.

Onun sözlərinə görə, görüş qapalı keçirilir.

Xatırladaq ki, C.Bolton oktyabrın 24-də Azərbaycana gələcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>