Azərbaycan daha bir mötəbər yarışa ev sahibliyi edəcək | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycan daha bir mötəbər yarışa ev sahibliyi edəcək

aticiliq-tapanca_263x187Avstriyanın Vyana şəhərində Beynəlxalq İdman Atıcılıq Federasiyasının (ISSF) İcra Komitəsinin toplantısı keçirilib.

Azərbaycan Atıcılıq Federasiyası 2020-ci ildə Qəbələdə şəhərində güllə atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışının rəsmi təşkilatcısı təyin edilib.

Beləliklə, 2020-ci ildə Azərbaycana güllə atıcılığı üzrə Dünya Kubokunun keçirilməsi həvalə olunub. Yarışlar güllə atıcılığın 10 olimpiya növündə keçiriləcək:

Kişilər - Qadınlar

10 m pnevmatik tapança - kişilər

10 m pnevmatik tapança - qadınlar

10 m pnevmatik tüfəng - kişilər

10 m pnevmatik tüfəng - qadınlar

25 m sürətli atəş tapança - kişilər

25 tapanca - qadınlar

50 m tüfəng 3 mövqe - kişilər

50 m tüfəng 3 mövqe - qadınlar

Qarışıq komanda növləri (1 kişi + 1 qadın)

10 m pnevmatik tapança

10 m pnevmatik tüfəng

Dünya Kuboku 19-27 iyun 2020-ci il tarixlərdə keçiriləcək və Tokio Olimpiya Oyunlarından əvvəl son Dünya Kuboku olacaq. Qeyd edək ki, 2016-ci ildə Rio Olimpiya Oyunlarından əvvəl son Dünya Kuboku Bakı şəhərində keçirilib.

Dünya Kubokunda 70-dən artıq ölkədən 600-ə yaxın idmançının iştirakı gözlənilir. Onlar arasında dünyanın tanınmış atıcıları, dünya və Avropa çempionları, Olimpiya Oyunlarının qalibləri olacaq.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>