Azərbaycan idmançısı ağır atletika üzrə Avropa birinciliyinin qalibi olub | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycan idmançısı ağır atletika üzrə Avropa birinciliyinin qalibi olub

Ağır Atletika üzrə Azərbaycan yığma komandasının üzvü Məhəmməd Məmmədli Polşanın Zamots şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyində yaşı 23-ə qədər olan gənclərin 62 kq çəki dərəcəsindəki mübarizəsində tarixi uğura imza atıb.

Sonxəbər.info- "Report"a istinadən xəbər verir ki, atletimiz birdən qaldırma hərəkətində 121 kq-ı ram edərək bu hərəkətdə gümüş medala sahib çıxıb.

Məhəmməd təkanla qaldırma hərəkətində 150 kq-ı qaldıraraq bu hərəkətdə qızıl medal əldə edib.

M.Məmmədli toplam 271 kq (121+150) nəticə ilə yekun sıralamada da Avropa birinciliyinin qalibi adını qazanıb.

Daha əvvəl Azərbaycanın ağır atletika üzrə millisi Avropa birinciliyində ilk medalını qazanıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>