Azərbaycan Parisdə beynəlxalq ərzaq sərgisində təmsil olunur | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycan Parisdə beynəlxalq ərzaq sərgisində təmsil olunur

Bu gün Fransanın paytaxtı Parisdə SIAL Paris beynəlxalq ərzaq sərgisi öz işinə başlayıb.

Sonxəbər.info-“Report“a istinadən xəbər verir ki, Qərbi Avropa bürosu bildirir ki, dünyanın 109 ölkəsindən 7 mindən çox şirkətin iştirak etdiyi bu sərgidə Azərbaycanda isehsal olunan meyvə-tərəvəz, şərab, meyvə şirələri, mineral sular, konservləşdirilmiş məhsullar, qurudulmuş meyvə və digər qida növləri nümayiş olunur.

Azərbaycanın İqtisadiyyat Nazirliyi və Fransadakı səfirliyinin dəstəyi, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı  ilə sərgiyə qatılmış Azərbaycan şirkətlərinin nümayəndələri Fransanın kənd təsərrüfatı və yeyinti sənayesi məhsullarının satışı sahəsində ixtisaslaşmış distribüterlərlə görüşlər keçirdəcək və gələcək əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər.

1964-cü ildən fəaliyyət göstərən SIAL Avropanın ən böyük ərzaq məhsulları sərgilərindəndir.

SIAL Paris beynəlxalq ərzaq sərgisi oktyabrın 25-dək davam edəcək.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>