Azərbaycan Prezidenti Macarıstanın dövlət başçısını təbrik edib | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycan Prezidenti Macarıstanın dövlət başçısını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Prezidenti Yanoş Aderə təbrik məktubu ünvanlayıb.

Sonxəbər.info-"Report"a istinadən xəbər verir ki, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Macarıstanın milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Macarıstan əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin və tərəfdaşlığın möhkəmlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Macarıstan xalqına daim əmin-amanlıq və rifah arzulayıram".


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>