Azərbaycan Prezidenti UNESCO-nun baş direktorunun müavinini qəbul edib | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycan Prezidenti UNESCO-nun baş direktorunun müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də UNESCO-nun baş direktorunun müavini Qu Xingi qəbul edib.

Sonxəbər.info-"Report"a istinadən xəbər verir ki, dövlət başçısı UNESCO-nun baş direktorunun müavini Qu Xingin VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirakına görə minnətdarlığını bildirib və bunu Azərbaycan-UNESCO əməkdaşlığının yaxşı nümunəsi kimi dəyərləndirib. Azərbaycan ilə UNESCO əlaqələrinin güclü tərəfdaşlığa və zəngin tarixə malik olduğunu qeyd edən dövlət başçısı uğurlu əməkdaşlığımızın davam etməsindən məmnunluğunu bildirib. Azərbaycanın UNESCO-nun etibarlı tərəfdaşı olduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi ötən illər ərzində ölkəmizin tarixi, mədəni abidələrinin, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olan tarixi yerlərin ümumbəşəri dəyərlərə çevrilməsi işində UNESCO-nun fəaliyyətini yüksək qiymətləndirir. Dövlət başçısı bildirib ki, bütün bunlar ölkəmizin bu təşkilatla uğurlu əməkdaşlığının bariz nümunəsidir. Prezident İlham Əliyev, eyni zamanda Azərbaycanın tarixi və mədəniyyəti barədə məlumatların dünyaya yayılması ilə bağlı UNESCO tərəfindən görülən işlərə görə minnətdarlığını bildirib.

Qu Xing, ilk növbədə, UNESCO-nun baş direktoru xanım Odri Azulenin salamlarını dövlət başçısına çatdırıb. O, VI Bakı Beynəlxalq Humanitar Forumunun böyük əhəmiyyət daşıdığını qeyd edib və bildirib ki, Azərbaycan mədəniyyətlərarası dialoqla bağlı bu cür tədbirlərin keçirilməsi üçün nümunəvi bir məkandır. Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb istiqamətlərində mühüm nöqtədə yerləşdiyini vurğulayan Qu Xing bu tədbirin Bakıda keçirilməsini önəmli bir hadisə kimi dəyərləndirib. Qonaq bildirib ki, UNESCO Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir və Azərbaycan dinamik fəaliyyəti ilə bu təşkilatın işinə böyük töhfə verir. Qu Xing, eyni zamanda gələn il Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin konfransının da keçiriləcəyini qeyd edərək bu tədbirin də önəm daşıdığını bildirib.

Prezident İlham Əliyev UNESCO-nun baş direktorunun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını xanım Odri Azuleyə çatdırmağı xahiş edib.


*** 14:14

Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də UNESCO-nun baş direktorunun müavini Qu Ksinq ilə görüşüb.

"Report" xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>