Azərbaycan səfiri Gürcüstan xarici işlər nazirinin müavini ilə görüşüb | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycan səfiri Gürcüstan xarici işlər nazirinin müavini ilə görüşüb

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Gürcüstanın xarici işlər nazirinin yeni təyin olunmuş müavini Laşa Darsalia ilə görüşüb.

Sonxəbər.info-“Report”a istinadən xəbər verir ki, görüşdə tərəflər iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıblar.

Qeyd olunub ki, son illər Gürcüstan və Azərbaycan arasında müxtəlif sahələrdə tərəfdaşlıq münasibətləri dərinləşdirilib. Görüşdə həmçinin qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri barədə də fikir mübadiləsi aparılıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>