Azərbaycan sərbəst güləşçilərinin dünya çempionatındakı rəqibləri müəyyənləşib | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycan sərbəst güləşçilərinin dünya çempionatındakı rəqibləri müəyyənləşib

Macarıstanın paytaxtı Budapeşt şəhərində start götürəcək güləş üzrə dünya çempionatında sərbəst güləşçilərin püşkatma mərasimi keçirilib.

Sonxəbər.info-"Report"a istinadən xəbər verir ki, 4 çəki dərəcəsində mübarizə aparacaq Azərbaycan idmançılarının da rəqibləri bəlli olub. Yığmanın üzvlərindən ikisi təsnifat, ikisi isə 1/16 final mərhələsindən mübarizəyə başlayacaq.

Qeyd edək ki, güləş üzrə dünya çempionatı 20 – 28 oktyabrda təşkil olunac.aq. Sərbəst güləşçilər 20 – 23, qadınlar 22 – 25 oktyabrda yarışacaqlar. Yunan-Roma növündə isə yarışlar 25 – 28 oktyabrda keçiriləcək.

Qarşılaşmalar hər gün Bakı vaxtı ilə 12:30-da start götürəcək.

61 kq

Təsnifat - Pərviz İbrahimov - Skott Şiller (CAN)

74 kq

1/16 final - Abubakr Abakarov - Hanok Raşamin (İSR)

86 kq

1/16 final - Murad Süleymanov - Quma Bəşir (SUD)

125 kq

Təsnifat - Cəmaləddin Məhəmmədov - Nik Matyuxin (GER)


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>