Çində naməlum şəxs uşaq bağçasına hücum edib, yaralılar var | SON XƏBƏR | SON XƏBƏR

Çində naməlum şəxs uşaq bağçasına hücum edib, yaralılar var

Çində naməlum şəxs uşaq bağçasının tərbiyəçilərinə hücum edib.

Sonxəbər.info-"Report"-a istinadən xəbər verir ki,

Xəbərdə qeyd edilir ki, hadisə ölkənin cənub-qərbində, Çunçin şəhərində, Banan rayonunda baş verib. Yerli mətbuat hadisə zamanı yaralananlar arasında uşaqların da olduğunu bildirib.

CGTN isə hücum zamanı 14 uşağın yaralandığını xəbər verib. Yaralılar xəstəxanaya yerləşdirilirb.

Hələlik ölənlər barədə məlumat verilmir.

Hadisənin təfərrüatı açıqlanmır. Polisin məlumatına görə, cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerində saxlanılıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>