Cüdoçumuz ölkəmizə ilk medalı qazandırdı | SON XƏBƏR | SON XƏBƏR

Cüdoçumuz ölkəmizə ilk medalı qazandırdı

cudo_300x176Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan milli komandası ilk medalını təmin edib.

Həmin medalı cüdoçu Vüqar Talıbov 66 kq çəki dərəcəsində finala yüksəlməklə əldə edib.

On beş yaşlı idmançı ilk görüşündə yəmənli Əhəd əl-Sağırı, 1/4 finalda tacikistanlı Camşed Süleymonini, yarımfinalda isə dominikanlı Antonio Tornalı üstələyib. Finalda onun rəqibi rusiyalı Abrek Naquçev olacaq. Bu görüşün nəticəsindən asılı olmayaraq, Talıbov ən azı gümüş medalı özünə təmin edib.

Azərbaycanın qadın cüdoçusu Vüsalə Kərimova isə 7-ci yeri tutub. 44 kq çəkidə yer alan Kərimova ilk görüşündə bolqarıstanlı Aleksa Georgiyevaya 22 saniyəyə ipponla qalib gəlsə də, 1/4 finalda xorvatiyalı Viktoriya Pulyiçə uduzub. O, bürünc medal uğrunda ilk təsəlliverici görüşdə butanlı Yanqçen Vanqmonu 28 saniyəyə ipponla üstələyib. Lakin növbəti qarşılaşmada yeniyetmə cüdoçunun qarşısını kosovolu Erza Muminoviç kəsib.

Qeyd edək ki, olimpiadada Azərbaycanı ümumilikdə 17 idmançı təmsil edir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>