Deputatdan Avropaya ismarış: Bu, yanlış siyasətdir - Foto | SON XƏBƏR | SON XƏBƏR

Deputatdan Avropaya ismarış: Bu, yanlış siyasətdir – Foto

qenire-aspa_300x145İslamofobiyanın artmasında əsas səbəb Avropa ölkələrinin müsəlmanlarla, qaçqın və köçkünlərlə bağlı yanlış siyasətidir.

Bunu millət vəkili Qənirə Paşayeva AŞPA-da “Radikallaşma və islamofobiyanın qarşısını almaq məqsədilə Avropada islamın xaricdən maliyyələşməsi”, “Avropada miqrant və diaspor icmalarının radikallaşması” mövzularında keçirilən birgə müzakirələrdə təşkilatın 6 siyasi qrupundan biri olan Azad Demokratlar Qrupunun adından çıxışı zamanı deyib. Millət vəkili islamofobiyanın artmasına görə Avropa ölkələrinin yanlış siyasətini sərt tənqid edib:

“Avropa üçün miqrant və qaçqınların radikallaşmasının həmin adamların keçdiyi humanitar faciədən daha çox prioritet kəsb etməsi təəssüf doğurur. Türkiyə milyonlarla qaçqın və miqrantı qəbul etdiyi halda, Avropanın az sayda qaçqınları qəbul etmək istəməməsi və hətta müəyyən qəti tədbirlər görməsi narahatlıq doğurur. Sülh və əmin-amanlıq tapmaq ümidi ilə Avropaya gedən yolda bir çox çağırışlarla üzləşən miqrantlar islamofobiya və ksenofobiya ilə qarşılaşır, Avropaya daxil olan kimi öz kimliklərindən imtina etmək məcburiyyətində qalırlar. Beynəlxalq birlik bu çağırışları nəzərə almalıdır. Bu kontekstdə üzv dövlətləri miqrant, xüsusilə də qaçqınların qeyri-insani şərtlərini yaxşılaşdırmaq məqsədilə mümkün qədər tez effektiv və humanitar tədbirlər tapmağa çağırıram”.

Millət vəkili vurğulayıb ki, miqrantların radikal inanclara meyilli kimi təsvir edilməsi onların məskunlaşdığı ölkələrdə radikallaşmasına gətirib çıxaracaq:

“Avropada radikallaşmanın əsas səbəbi miqrantların sahib olduğu müxtəlif kimliklərinə olan mənfi yanaşmadır. Avropada müsəlmanların və miqrantların kimliklərinin saxlanması hər hansı bir problemə səbəb olmur, lakin onların vahid kimlik seçməyə məcbur edilməsi ciddi narahatçılıq doğurur. Avropada İŞİD kimi terror təşkilatlarında təhsilli gənc adamların yüksək iştirak dərəcəsi aydın şəkildə onu göstərir ki, problemin kökündə Avropa ölkələrinin yürütdüyü səhv siyasət durur. Son illər media və siyasi dairələr Avropa cəmiyyətlərinə artan qaçqın axınları ilə qorxu aşılamağa çalışırlar. Hesab edirəm ki, miqrantların bu axınının qarşısını almaq məqsədilə sərhədlərin bağlanması və ya insan ləyaqətinə xələl gətirən tədbirlərin görülməsi heç vaxt müsbət nəticələr verməyəcək”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>