Dmitri Peskov: "Krımdakı partlayışın səbəbi kimi terror hücumu versiyası nəzərdən keçirilir" | SON XƏBƏR | SON XƏBƏR

Dmitri Peskov: “Krımdakı partlayışın səbəbi kimi terror hücumu versiyası nəzərdən keçirilir”

Krım yarımadasının Kerç şəhərində baş vermiş partlayışın əsas səbəbi kimi terror hücumu versiyası nəzərdən keçirilir.

Sonxəbər.inf0-"Report" a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, dövlət başçısı Vladimir Putinə Milli Antiterror Komitəsindən binada naməlum cihazın partlaması barədə məlumat verilib.

Qeyd edək ki, bu gün Kerç şəhərindəki Politexnik kollecinin binasında partlayış olub. Nəticədə ilkin məlumatlara görə, təxminən, 10 nəfər ölüb, 40-dan çox adam yaralanıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>