Donald Trampın keçmiş müşaviri: “Fətullah Gülən dərhal Türkiyəyə təhvil verilməlidir” | SON XƏBƏR | SON XƏBƏR

Donald Trampın keçmiş müşaviri: “Fətullah Gülən dərhal Türkiyəyə təhvil verilməlidir”

“Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülən Türkiyə və ABŞ-ın təhlükəsizliyini təhdid etdiyindən onu dərhal Ankaraya təhvil vermək lazımdır”.

Sonxəbər.info-“Report”a  istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) keçmiş mətbuat katibi, sonuncu prezident seçkisində ABŞ Prezidenti Donald Trampın müşaviri olmuş Cefferi Qordon Vaşinqtonda “ABŞ və Türkiyə: təhlükəsizlik sahəsində əməkdaşlığının bugünkü problemləri” mövzusunda keçirilən tədbirdə deyib.

“Türk irsi” Təşkilatının təşkil etdiyi konfransda danışan C.Qordon bildirib ki, FETÖ məktəblərində baş verən vergi və maliyyə fırıldaqlarını Federal Təhqiqat Bürosu araşdırır: “Fikir ayrılıqlarına baxmayaraq, Ankara və Vaşinqton Suriya probleminin həlli üçün birgə fəaliyyət göstərə bilər. Bununla belə Türkiyə və ABŞ hərbi sahədə çox səmərəli əməkdaşlıq edir. ABŞ Türkiyənin “YPG/PYD terrorçuları ilə bağlı narahatlığını yaxşı anlamalıdır”.

Qeyd edək ki, C.Qordon 2002-2005-ci illərdə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibi olub. O, təhlükəsizlik üzrə ekspertdir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>