Dünya ayağa qalxdı: Musiqi dinləyin, konsul otaqdan çıxsın… | SON XƏBƏR | SON XƏBƏR

Dünya ayağa qalxdı: Musiqi dinləyin, konsul otaqdan çıxsın…

qashiqci_300x170ABŞ mətbuatı Camal Qaşıqçı cinayətinin tükürpərdici detallarını açıqlayıb.

ABŞ-ın nüfuzlu “Vol Strit Jurnal” nəşrinin İstanbuldakı müxbirləri David Qauther-Villars, Cesika Donati və Summer Said bu gün dərc olunan yazılarında Qaşıqçının baş konsul Əl-Uteybinin gözləri qarşısında döyüldüyünü, daha sonra iynə ilə yuxuya verildiyini və cəsədinin parçalara ayrıldığını yazıb.

Xəbərdə həmçinin türk rəsmilərin Qaşıqçının ölümünə aid məlumatları və səs yazılarını ABŞ və Səudiyyə Ərəbistanı ilə paylaşdığı, iki ölkənin də verilən informasiyaya etiraz etmədiyi bildirilib.

Səs yazılarından birində autopsiya mütəxəssisi olan Saleh əl-Tubayiqi baş konsuldan otağı tərk etməsini istəyir. Tubayqinin Qaşıqçının cəsədini parçaladığı zaman ətrafdakılardan musiqi dinləmələrini istəməsi də diqqətçəkən məqamlardan biri kimi xəbərdə yer alıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>