Floridada konqresmenin ofisi təxliyyə olunub | SON XƏBƏR | SON XƏBƏR

Floridada konqresmenin ofisi təxliyyə olunub

ABŞ-ın Florida ştatının Sanrayz şəhərində konqresmen Debbi Vasserman-Şultsa məxsus ofis partlayış təhlükəsi səbəbindən təxliyyə olunub.

Sonxəbər.info-“Report”a istinadən xəbər verir ki, bu barədə "WPLG Local 10" telekanalı məlumat yayıb.

Şəhər polisi nümayəndəsinin məlumatına görə, binada qadın siyasətçiyə ünvanlanmış və içində partlayıcı maddənin olduğu ehtimal edilən paket aşkar edilib.

Təxliyyə olunmuş binada Vasserman-Şultsun ofisi ilə yanaşı şəhər administrasiyası da yerləşir.

Bundan əvvəl ABŞ-ın keçmiş Prezidenti Bill Klinton və həyat yoldaşı, sabiq dövlət katibi Hillari Klintonun yaşadığı evə içində partlayıcı olan bağlama göndərilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>