Fransa və Rusiya prezidentləri Suriya məsələsini müzakirə ediblər | SON XƏBƏR | SON XƏBƏR

Fransa və Rusiya prezidentləri Suriya məsələsini müzakirə ediblər

Fransa və Rusiya prezidentləri Emanuel Makron və Vladimir Putin arasında bu gün səhər telefon söhbəti olub.

Sonxəbər.info-“Report” a istinadən xəbər verir ki, Yelisey sarayındakı mənbəyə görə, Suriya böhranına dair bugünkü dördtərəfli İstanbul zirvə görüşü ərəfəsində keçirilən telefon söhbəti zamanı E.Makron münaqişənin siyasi yolla həll olunmasının vacibliyini vurğulayıb.

Fransa Prezidenti həmçinin qarşıdakı görüşdə kimyəvi silahların tətbiqinə yol verməmək, mövcud atəşkəs rejimini uzun müddət qoruyub saxlamaq üçün zəmanət verilməsinə tərəfdar olduğunu diqqətə çatdırıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>