Gündüzdən daha bir uğur: Sağlam idmançılara qalib gəldi | SON XƏBƏR | SON XƏBƏR

Gündüzdən daha bir uğur: Sağlam idmançılara qalib gəldi

gunduz_(3) (1)_249x187İştirak etdiyi yarışlardan hər dəfə qalib olaraq vətənə qayıdan məşhur paralimpiyaçımız Gündüz İsmayılov Moskva şəhərində keçrilən növbəti yarışın tək qalibi olub.

Moskvada təşkil olunan Dünya Çempionatına dəvət alan G.İsmayılov daha bir mükafat qazanıb. Sağlam idmançılarla yarışa çıxan paralimpiyaçımızdan başqa yarışda əlil idmançı olmayıb. Bütün rəqdiblərinə qalib gəlməyi bacaran G.İsmayılov birinciliyi əldə edib.

Ard-arda yarışlarda iştirak edib belə nailiyyətlər qazanmaq əksər idmançılar üçün olduqca çətindir. Hətta sağlam idmançılar belə bu qədər risk etmir və davamlı olaraq yarışlara qatılmır. Lakin paralimpiyaçı G.İsmayılov davət aldığı yarışlardan başqa, öz istəyi ilə bu tip yarışlara qatılır və nailiyyətlər əldə edir.

Gömrükcü İdman Cəmiyyətinin üzvü olan G.İsmayılov Sidney Yay Paraolimpiya Oyunlarının qalibi olmaqla yanaşı, sağlam idmançılar arasında artiq üçqat dünya çempionudur.

O, həm də dördqat Avropa çempionudur.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>