Gürcüstan MSK-nın "Zəng mərkəzi" Azərbaycan dilində də xidmət göstərəcək | SON XƏBƏR | SON XƏBƏR

Gürcüstan MSK-nın “Zəng mərkəzi” Azərbaycan dilində də xidmət göstərəcək

Gürcüstanda sabah keçiriləcək prezident seçkiləri ilə bağlı ölkənin Mərkəzi Seçki Komissiyasında (MSK) "Zəng mərkəzi" yaradılıb.

Sonxəbər.info-“Report”a istinadən xəbər verir ki, bu barədə MSK sədri Tamar Jvania bu gün keçirdiyi brifinqdə deyib.

O deyib ki, 251 00 51 telefon nömrəsi və MSK-nın onlayn çatı 24 saat ərzində çalışacaq:

“Zəng mərkəzi Azərbaycan və erməni dilli seçicilərə xidmətləri öz dillərində göstərəcək”.

MSK sədri həmçinin bildirib ki, xarici ölkələrdə 55 və istisna hallarda 11 seçki məntəqəsi daxil olmaqla, 3703 seçki məntəqəsi səsvermə gününə tam hazırdır:

“Seçkiləri müşahidə etmək üçün seçki subyektlərinin 82 mindən çox nümayəndəsi, 73 yerli təşkilatın 22 mindən çox və 58 beynəlxalq təşkilatın 1100-dən çox müşahidəçisi qeydiyyata alınıb. Seçki prosesi 125 media təşkilatının 2 mindən çox jurnalisti tərəfindən işıqlandırılacaq. Onların 31-i beynəlxalq, 94-ü isə yerli media qurumlarıdır”.

Gürcüstanda prezident seçkiləri üzrə səsvermə sabah saat 08:00-da başlayacaq və 20:00-da yekunlaşacaq. Prezidentliyə 25 nəfərin namizədliyi qeydiyyata alınıb. Qonşu ölkədə seçicilərin sayı 3 milyon 518 min 877 nəfər təşkil edir. Ölkə xaricində isə 14 mindən çox Gürcüstan vətəndaşının səsvermə prosesində iştirak edəcəyi gözlənilir.

Bundan əvvəl Azərbaycanın nümayəndə heyətinin Gürcüstandakı prezident seçkilərini müşahidə edəcəyi məlum olub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>