Gürcüstanda oksigen balonu partlayıb, 12 nəfər xəsarət alıb | SON XƏBƏR | SON XƏBƏR

Gürcüstanda oksigen balonu partlayıb, 12 nəfər xəsarət alıb

Günorta saatlarında Gürcüstanın Rustavi şəhərində oksigen balonunun partlaması nəticəsində 12 nəfər xəsarət alıb.

“Report”un Gürcüstan bürosunun məlumatına görə, hadisə şəhərin 19-cu mikrorayonu ərazisindəki yaşayış binalarından birinin həyətində, avtomobil qarajının sökülməsi zamanı baş verib.

Xəsarət alanlar Rustavinin müxtəlif xəstəxanalarına yerləşdirilib. Onların arasında uşaqlar da var. Uşaqlardan biri vəziyyəti ağır olduğu üçün Tbilisidəki İaşvili klinikasına çatdırılıb.

Partlayış zamanı bir neçə avtomobil, qonşu binaların pəncərələri də zədələnib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>