İndoneziyada təyyarənin qəzaya uğradığı yerdən 10 nəfərin meyiti tapılıb | SON XƏBƏR | SON XƏBƏR

İndoneziyada təyyarənin qəzaya uğradığı yerdən 10 nəfərin meyiti tapılıb

Xilasedicilər İndoneziyanın Yava adasının qərb sahilində "Boeing" tipli sərnişin təyyarəsinin qəzaya uğradığı yerdən 10 nəfərin, o cümlədən körpənin meyitini aşkar ediblər.

Sonxəbər.info-“Report” -a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı ölkənin milli Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Məhəmməd Sayuqi bildirib.

"Dalğıclar ölən 10 nəfərin meyitini tapıblar, onların arasında bir körpə var. Bundan əlavə, göyərtədə olanların bədənlərinin hissələri ilə dolu daha 14 kisə sahilə gətirilib", - deyə "The Straits Times" nəşri məmurun sözlərini sitat gətirib.

Polis yaxın saatlarda ölənlərin qohumlarından götürülmüş DNK nümunələri əsasında qalıqların kimə məxsus olduğunu müəyyən edəcək.


***21:57

Bakı. 29 oktyabr. REPORT.AZ/ İndoneziyanın Yava adası sahillərində dənizə düşmüş "Boeing 737" tipli sərnişin təyyarəsində sağ qalan aşkar olunmayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi İndoneziyanın Axtarış və Xilasetmə Agentliyinin nümayəndəsi Bambanq Surio Aciyə istinadən "The Straits Times" qəzeti məlumat yayıb.

Onun bildirdiyinə görə, axtarış-xilasetmə əməliyyatları zamanı ölənlərin bədənlərinin hissələri aşkar edilib, lakin "sağ qalan yoxdur". O əlavə edib ki, axtarış sahəsi 150 kvadrat dəniz milinədək və 30-40 km dərinliyə qədər genişləndirilib.

Bazar ertəsi səhər İndoneziyanın Yava adası sahillərində qəzaya uğramış "Lion Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin göyərtəsində heyət üzvləri ilə birgə 189 nəfər olub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>