İngiltərədən Səudiyyəyə xəbərdarlıq: Ağır nəticəsi olacaq | SON XƏBƏR | SON XƏBƏR

İngiltərədən Səudiyyəyə xəbərdarlıq: Ağır nəticəsi olacaq

jeremy-hunt_300x169Camal Qaşıqçının öldürülməsi iddiaları təsdiqini taparsa, bunun Səudiyyə Ərəbistanı üçün nəticələri ağır olacaq.

Bunu İngiltərə Xarici İşlər naziri Ceremi Hant deyib.

“Səudiyyəlilərin dostu olduğunu düşünənlər də bunun çox ciddi məsələ olduğunu deyir. Dostluğumuz və ortaqlığımız birgə dəyərlərə söykənir. Həqiqətən çox narahatıq”, - deyə XİN rəhbəri bildirib.

Qeyd edək ki, Qaşıqçı bir müddət əvvəl Səudiyyə Ərəbistanının İstanbuldakı Konsulluğunda yoxa çıxıb. Onun Ər-Riyaddan gələn xüsusi qrup tərəfindən öldürüldüyünü iddia edilir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>